
Sabiq vitse prezidentlə azərbaycanlı voleybolçu evləndi
Tunc Avşar-Natavən Qasımova cütlüyü idmançıları başına topladı
Bu günlərdə "Bakı" futbol klubunun sabiq vitse-prezidenti Tunc Afşar voleybolçu Natavan Qasımova ilə ailə həyata qurub. "Qol.az"-ın məlumatına görə, toy mərasimi Bakı Əyləncə Mərkəzində keçirilib. Mərasimdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar, "Bakı" klubunun fəxri prezidenti Anar Məmmədov, prezidenti Hafiz Məmmədov, millət vəkili Cavid Qurbanov, Azərbaycanın qadınlardan ibarət milli voleybol komandasının baş məşqçisi Faiq Qarayev, "Bakı" klubunun futbolçuları, Azərbaycanın voleybolçu qızlardan ibarət millisinin üzvləri və digər tanınmış insanlar iştirak ediblər. Qeyd edək ki, cütlüyün nikah şahidlərindən biri Mehmet Ali Aydınlar olub.
Bu dəfə qələbə qazanan məhəbbət oldu...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər