
Taekvondoçularımız Ukraynadan 15 medalla döndülər
Taekvondo üzrə Ukraynanın açıq çempionatına yekun vurulub. Yarışda iştirak edən Azərbaycan milli komandası vətənə 15 medalla qayıdıb. İdmançılarımız 5 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), həmçinin Elvin Məmmədov (74 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramov (+87 kq) bütün rəqiblərinə qalib gələrək, çempion adına layiq görülüblər.
Yalnız finalda uduzan Xəyalə Quliyeva (46 kq), Günay Ağakişiyeva (57 kq), Kim Vonkyunq (67 kq), Fariz Əliyev (68 kq) və Bayraməli Vəliyev (80 kq) isə gümüş medal qazanıblar. Digər mükafatçılar Türkanə Tahirli (49 kq), Samir Aydınov (54 kq), Ziya Qasımov (63 kq), Kim Kvanqseok (74 kq) və Ceyhun Həsənli (87 kq) üçüncü yerlə kifayətləniblər.
İdman sağlamlıq deməkdir. İdmanda qələbə sağlam cəmiyyətin qələbəsidir...
Sərvər Aslanov
O.M.