Ronaldo varisini  açıqladı

Ronaldo varisini açıqladı

16 Aprel 2011 16:28
Bəyəndim (0) Bəyənmədim (0)


"Real-Madrid"in portuqaliyalı forvardı Kriştiano Ronaldo davamçısının adını açıqladı. Görün ünlü futbolçu taxt-tacını kimə həvalə etmək arzusundadır: "9 aylıq oğlum var. Onu heç nəyə vadar etməyəcəyəm. Özü kim olmaq istəsə, qarşısında durmayacağam. Ancaq nə yalan söyləyim, istəyərdim ki, oğlum sahələrdə mənim yerimi tutsun. Onun məndən daha ağıllı və cəld olacağına inanıram. Əslində, gələcəkdə nə olacaq, onu bircə Tanrı bilir. Düşünürəm ki, mən yaxşı atayam. Amma hələ öyrənəcək çox şey var. "Ata" sözü yalnız sözlə ifadə edilə bilməz. Səhər oyandığımda öz qanımdan, öz canımdan birinin yanımda olması məni çox xoşbəxt edir".

Kriştiano Ronaldo ötən ilin iyul ayında bir oğlunun dünyaya gəldiyi xəbərini vermişdi. Lakin onun anasının adı hələ bu günə kimi anonimliyini qorumaqdadır.

Həbib

O.M.