
Texniki direktorun köynəyi 1 milyon avroya satıldı
Alman futbolunun milli komandasının texniki direktoru Yoahim Lövün uğurlu köynəyi satıldı. Direktorun 2010-cu ilin Dünya Kuboku finallarında geyindiyi köynək 1 milyon avroya alıcı tapdı. Əldə edilən gəlir isə ehtiyacı olan uşaqlara sərf ediləcək. "Galeria Kaufhof" isimli şirkət tərəfindən alınan köynək 2014-cü ildə inşa tamamlanması gözlənilən Alman Futbol Muzeyinə bağışlandı. Löv bağışlanan köynəyi ilə bağlı, "O köynəyi yaxşı qoruyun. Çünki 2018-ci il Dünya Kubokunda bizə lazım olacaq. Axı Rusiya soyuqdur..." - deyə zarafat etdi.
Günel Həbib
O.M.
Digər xəbərlər