Azərbaycan-Türkiyə matçı öncəsi stadion uçdu

Azərbaycan-Türkiyə matçı öncəsi stadion uçdu

11 Oktyabr 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu hadisə matç zamanı yaşansaydı...

Bu gün Azərbaycanla-Türkiyə futbolçuları üz-üzə gələcəklər. Ancaq dünən tərəflərin görüşəcəyi stadion uçdu. Daha doğrusu, stadionun damından qopan böyük bir parça hər kəsi şoka saldı. Bəlkə bu hadisə dünən yox, bu gün baş verəydi?

160 milyon avroya başa gələn, Türkiyənin ən modern stadionu olan "TT Arena" hər kəsi məyus etdi. Belə ki, şiddətli küləyə qarşı gələ bilməyən 40 metrlik məkanın damından 8 metrlik parçası açıldı. Bəs bu hadisə bu gün baş versəydi, yaşananları düşünmək olardımı? Dünənki boş yerləri bu gün tərəfdaşlar doldursaydı, stadionda həmkarlarımızla yerli komandanın üzvləri olsaydı, hadisə zamanı insanların panikası yaşansaydı - bu, ağla gəlməz tamam başqa bir pis ssenaridir.

"Qalatasaray"ın istifadə etdiyi stadionun ev sahibi olan sarı-qırmızılılar isə bu hadisəyə bir mənalı yanaşmadılar. Onlar səlahiyyətliləri tənqid edib, olaya münasibətlərini sərt şəkildə bildirməkdən boyun qaçırmadılar.

Qismətdən artıq yemək olmaz.

Günel Həbib

O.M.