Teymur Məmmədov finalda

Teymur Məmmədov finalda

17 May 2017 17:48
Bəyəndim (0) Bəyənmədim (0)

IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb.

Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.

O, yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.

Məmmədov sabah təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.

Mediainfo.az