Azərbaycanın atıcı dueti qızıl medal qazanıb

Azərbaycanın atıcı dueti qızıl medal qazanıb

15 May 2017 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması atıcılıq növündə daha bir qızıl medal qazanıb.

"Report"un məlumatına görə, bu dəfə qarışıq komanda halında səngər stendində Aydan Camalova - Əli Hüseynli dueti fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar 43 xalla 1-ci yeri tutublar. Türkiyəli Nihan Gurer - Oğuzhan Tuzun dueti 42 xalla gümüş, qətərli Xalud Hassan əl-Xələf - Mohammed Xejaim dueti isə bürünc medala sahib olub.

Mediainfo.az