Məhəmmədrəsul Məcidov İslamiadaya qələbə ilə başlayıb

Məhəmmədrəsul Məcidov İslamiadaya qələbə ilə başlayıb

12 May 2017 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ilk döyüşünü keçirib. İkiqat dünya çempionumuz mübarizəyə 1/8 final mərhələsindən start verib. Qazaxıstanlı Nurlan Saparbayı sınağa çəkən boksçumuz asan qələbə qazanıb. 5 hakimin hər biri yekdilliklə üstünlüyü Məcidova verib - 5:0.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.

Mediainfo.az