Azərbaycan yığmasının Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Azərbaycan yığmasının Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb

28 Mart 2017 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Kişi voleybolçular arasında Avropa Liqasında I dövrənin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının ilk 3 görüşdə hansı komandalarla oynayacağı dəqiqləşib.

Belə ki, iyunun 16-18-də Makedoniyanın ev sahibliyi edəcəyi I dövrədə ilk oyunu ev sahiblərinə qarşı keçirəcəyik. Ardınca İsveç və Albaniya ilə üz-üzə gələcəyik.

Yarışın II dövrəsi isə iyunun 23-25-də olacaq. Hələlik oyunları keçirəcək Albaniya təqvimi açıqlamayıb.

16 iyun

Albaniya – İsveç

Makedoniya – Azərbaycan

17 iyun

İsveç – Azərbaycan

Almaniya – Makedoniya

18 iyun

Azərbaycan – Albaniya

Makedoniya – İsveç

Mediainfo.az