Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

27 Oktyabr 2016 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya karatesinin qara brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb.

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib.

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.

Qeyd edək ki, Oktyabrın 27-də çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq. (day.az)

Mediainfo.az