Karlosa ən böyük hədiyyə prezidentdən gəldi

Karlosa ən böyük hədiyyə prezidentdən gəldi

14 Aprel 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Anji Maxaçkala" klubunun prezidenti Süleyman Kərimov 38 yaşını qeyd edən Roberto Karlosa 1.7 milyon dollarlıq avtomobil hədiyyə etdi.

"Fenerbahçe"dən ayrıldıqdan sonra Braziliyaya dönən Roberto Karlos çox keçmədi ki, "Anji Maxaçkala" futbol klubuna transfer oldu. Bu günlərdə fenomenə klub prezidenti "Bugatti" hədiyyə etdi. Sərvət dəyəri daşıyan maşının braziliyalı futbolçuya hədiyyə edilməsi gündəmə bomba kimi düşdü. Karlos bu hədiyyə qarşısında təəccüblənərək, Süleymana təşəkkürünü bildirdi.

3.7 milyardlıq sərvətin sahibi - dünyanın ən zəngin isimləri arasında adı 116-cı olan Süleyman Kərimov ad günü şənliyindən sonra sürəti saatda 443.16 km-ə çatan maşının açarlarını Karlosa təqdim etdi. Prezident klubunun çempionluq zirvəsinə ucaldığı halda oyunçuların hər birini bu cür hədiyyə gözləyəcəyinə söz verdi.

Pul verən musiqini sifariş edir, qalanları isə bu musiqi altında oynayır. Görəsən, Dağıstan klubunun prezidentinin sifariş verdiyi "Ləzginka" braziliyalı futbolçunun sümüyünə düşəcəkmi?..

Günel Həbib

O.M.