
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib.
UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb.
2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq.
Milli komandamızla bərabər C, E və F qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda mübarizəyə start verib.
Bizim qrupumuzda Çexiya – Şimali İrlandiya qolsuz bərabərliklə başa çatıb. Norveç – Almaniya oyununda isə qonaqlar darmadağına seviniblər - 0:3.
E qrupunda Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfərində qalib müəyyənləşməyib - uyğun olaraq 2:2 və 1:1.
F qrupunda baş tutan Slovakiya - İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər - 0:1. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar - 1:1.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
C qrupu
San-Marino – Azərbaycan - 0:1
Çexiya – Şimali İrlandiya - 0:0
Norveç - Almaniya - 0:3
E qrupu
Danimarka – Ermənistan - 1:0
Qazaxıstan – Polşa - 2:2
Rumıniya - Monteneqro - 1:1
F qrupu
Slovakiya – İngiltərə - 0:1
Litva – Sloveniya - 2:2
Malta – Şotlandiya - 1:5
Mediainfo.az