
Türkiyə-Rusiya matçı: 0:0 - FOTO
Dünən Türkiyənin Antalya şəhərində Türkiyə-Rusiya hazırlıq matçının oyunu keçirildi.
Türkiyənin "gəncləşən" və "dəyişən" kadrları ilə ilk oyunu azarkeşlərin alqışları ilə qarşılandı. Hər iki ölkənin diqqət mərkəzində olan bu hazırlıq matçı son dərəcə gərgin keçdi.
Belə ki, hər iki ölkənin futbolçularının əzmkarlığı nəticəsində oyun heç-heçə ilə bitsə də, qaydalara əsasən 15 dəqiqəlik vaxtda belə heç bir komandadan qol vurula bilmədi. Beləcə, hesab 0:0 ilə nəticələndi.
Xatırladaq ki, Arda Turan, Gökhan Könül, Caner Erkin, Burak Yılmaz və Selcuk İnan kimi məşhur futbolçular bu oyundan kənarlaşdırılmışdılar.
Hazırladı: Banu Qocaman
Digər xəbərlər