QALMAQAL – İctimai TV milli idmanımıza biganə qaldı

QALMAQAL – İctimai TV milli idmanımıza biganə qaldı

8 Avqust 2016 17:43
Bəyəndim (0) Bəyənmədim (0)
Qızıl ümidimiz Rüstəm Orucov güləşdiyi zaman İctimai Tv canlı yayımda kişilər üzrə Çinlə-İtaliyanın voleybol matçını yayımlayırdı

Bu gün Rio-2016 çərçivəsində Cüdo üzrə kişilər arasında 73 kq çəkidə yarışlara start verilib. Dünya reytinq cədvəlində 2-ci yerdə qərarlaşmış, sonuncu Avropa çempionu Rüstəm Orucov da Bakı vaxtı ilə 17:25 radələrində tatamiyə çıxıb. Bu çəkidə qızıla ən real namizəd sayılan cüdoçumuz qazaxıstanlı rəqibi ilə güləşdiyi zaman hamının diqqəti İctimai TV-yə yönəlib. Yarışların rəsmi yayımçısı olan milli kanalımız bu görüşü birbaşa yayımlamaq əvəzinə Çinlə-İtaliyanın voleybol matçını yayımlamağa başlayıb.

Maliyyəsinin əsas hissəsi Azərbaycan büdcəsindən təmin olunan İctimai Tv-nin bu hərəkətini milli idman hərəkatımıza xəyanət və ya səhlənkarlıq adlandırmaq çətindir. Hər halda bu cür biganəlik yolverilməzdir.

Xatırladaq ki, milli cüdoçumuz bugünkü yarışda rəqibini yenərək 1/8 finala vəsiqə qazanıb. Onun növbəti görüşü təxminən 15 dəqiqədən sonra baş tutacaq.

Mediainfo.az