“Barselona” “Vilyareal”ı darmadağın etdi

“Barselona” “Vilyareal”ı darmadağın etdi

30 Avqust 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə İspaniya çempionatının 2011/12 mövsümünün ilk turunun son qarşılaşması baş tutub. İlk turun son matçında son İspaniya çempionu "Barselona" doğma "Nou Kamp" stadionunda "Vilyareal" klubunu sınağa çəkib.

Qarşılaşma 5:0 hesabı ilə "Barselona"nın xeyrinə nəticələnib. Oyunda Lionel Messi 2 dəfə, Tiaqo Alkantara, Sesk Fabreqas və Sançes isə bir dəfə fərqlənib. Messi "Vilyareal"ın qapısından 2 qol keçirməklə "Barselona"nın heyətində vurduğu qollarının sayını 101-ə çatdırıb.

Xatırladaq ki, "Barselona"nın əzəli rəqibi "Real" (Madrid) İspaniya çempionatının ilk turunda səfərdə "Saraqosa" klubuna 6:0 hesabı ilə qalib gəlmişdi.

Futbolun yaraşığı yalnız qoldur.

Tofiq Əliyev

O.M.