BOK Pekin və London Oyunlarının 45 iştirakçısında dopinq aşkarlayıb
Pekin (2008) və London (2012) Yay Olimpiya Oyunlarında çıxış etmiş idmançıların dopinq nümunələrinin təkrar yoxlanılmasının ikinci dalğası nəticəsində qadağan olunmuş maddələrin istifadəsi üzrə 45 yeni fakt müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında yerləşdirilən bəyanatda deyilir.
İkinci dalğa üzrə araşdırma Pekindəki Olimpiadada 8 müxtəlif idman növündə yarışan 8 ölkədən olan 30, eləcə də Londondakı Oyunlarda 2 müxtəlif idman növündə yarışan 9 ölkədən olan 15 atletə təsir edib.
BOK-un press-relizində hər hansı ad, cəza və ya ölkə göstərilməyib. Sadəcə, vurğulanıb ki, Pekin-2008-də dopinqdən istifadə etdiyi aşkarlanan 30 idmançıdan 23-ü mükafatçı olub.
Bəyanatda antidopinq qaydalarını pozan bütün idmançıların bu il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırılacağı vurğulanıb.
Mediainfo.az
Digər xəbərlər