Ronaldonu zədələyən futbolçu danışdı
Fransa milli komandasının futbolçusu Dimitri Payet Avropa çempionatının finalında Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldonu zədələmək niyyətində olmadığını açıqlayıb.
Payet 25-ci dəqiqədə Ronaldoya xəsarət yetirdiyi anı oyun epizodu kimi dəyərləndirib.
"Mən topu özümə qaytardım. Onu zədələmək fikrində deyildim. Meydanda pis oğlan rolunu oynamaq mənim təbiətimdə deyil. Buna heç kimin şübhəsi ola bilməz. Adi oyun epizodu idi, vəssalam" - 29 yaşlı yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, Dimitri Payet Kristiano Ronaldo ilə toqquşmasından sonra bir neçə saat ərzində sosial şəbəkələrdə ünvanına portuqaliyalı forvardın tərəfdarlarından 100 mindən çox təhqir və hədə alıb. (report)
Mediainfo.az
Digər xəbərlər