Komandasının məğlub olmasından sonra məşqçi istefa verdi - ARGENTİNADA

Komandasının məğlub olmasından sonra məşqçi istefa verdi - ARGENTİNADA

6 İyul 2016 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina milli futbol komandasının baş məşqçisi Cerardo Tata Martino istefa verib. Buna səbəb komandanın Amerika Kubokunun finalında Çiliyə məğlub olmasıdır.

2014-cü il dünya çempionatından sonra komandanın başına gələn Martino ardıcıl ikinci "Copa America" finalında da Çiliyə uduzduqdan sonra vəzifəsində qalmaq istəməyib.

Olimpiada öncəsi baş məşqçisiz qalan Argentinada daha əvvəl Lionel Messi və bir sıra oyunçu da milli karyerasını bitirdiyini açıqlamışdı.

Mediainfo.az