AVRO-2016: Fransa-İslandiya matçında partlayış baş verib!

AVRO-2016: Fransa-İslandiya matçında partlayış baş verib!

4 İyul 2016 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Azarkeşlər bir müddət stadiona daxil ola bilməyiblər

Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində dünən baş tutan Fransa – İslandiya qarşılaşması öncəsi həyəcanlı anlar yaşanıb. Belə ki. oyundan əvvəl stadionun yaxınlığında partlayış səsi eşidilib.

Bu, matça yollanan azarkeşləri təşvişə salıb. Ancaq sonradan məlum olub ki, partlayış polis nəzarəti altında gerçəkləşdirilib. Belə ki, polis qapısı açıq şəkildə qanunsuz yerdə park edilən bir avtomobili partladıb. Daha sonra bu, stadionun həndəvərində qorxu içində dayanan azarkeşlərə elan edilib və fanatlar arenaya daxil olublar.

Partladılan avtomobilin içindən hansısa şübhəli maddə tapılmayıb. Yerli təhlükəsizlik əməkdaşı açıqlamasında Parisdə bunun adi hal olduğunu söyləyib.

Qeyd edək ki, "Stad de Frans"da keçirilən Fransa – İslandiya görüşündə ev sahibləri 5:2 hesabı ilə qələbə qazanaraq, yarımfinalda Almaniyaya rəqib olub.

Mediainfo.az