İdmançımız ermənini məğlub etdi

İdmançımız ermənini məğlub etdi

1 İyul 2016 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışına start verilib. Elə yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə 1/4 finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görüşünü məğlub başa vurub. Şirinli təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürün medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Pran-Pridə 5-ci olub.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

Mediainfo.az