Millimizin yeni baş məşqçisi müəyyənləşdi

Millimizin yeni baş məşqçisi müəyyənləşdi

21 Aprel 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məşqçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən, AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

Mediainfo.az