Rafael Ağayev nüfuzlu turnirin qalibi oldu - FOTO

Rafael Ağayev nüfuzlu turnirin qalibi oldu - FOTO

11 Aprel 2016 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Karateçilərimiz Dubayda növbəti Karate1 Premyer Liqa turnirində 2 mükafat qazanıblar.

Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanın kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub.

Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yeri tutublar. Ümumi mükafat fondu 100000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.

Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" Beynəlxalq turnir gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransaya Avropa çempionatına son hazırlıqları keçəcək. (publika)

Mediainfo.az