
Türkiyə futbolçularından əsgərlərimizə dəstək - FOTO
Qarabağda baş verənlərə türkiyəli futbol azarkeşləri də biganə qalmayıb. Bu gecə baş tutan PTT 1-ci liqanın "Şanlıurfaspor" - "Elazığspor" matçında fanatlar Azərbaycana dəstək verib.
Belə ki, meydan sahiblərinin azarkeşləri oyun zamanı üzərinə "Qansa qan, cansa can, səninləyik Azərbaycan" şüarı yazılmış pankart açaraq cəbhədə 12 şəhid verən Azərbaycana dəstək olublar. (azxeber)
Mediainfo.az
Digər xəbərlər