Futbolçularımızdan əsgərlərə dəstək - FOTOLAR

Futbolçularımızdan əsgərlərə dəstək - FOTOLAR

4 Aprel 2016 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Azərbaycan Premyer Liqasının XXVIII turunun matçları keçirilib

Qaynar.info xəbər verir ki, Qarabağda ermənilərlə müharibədə şəhid olmuş 12 əsgərimizin xatirəsi keçirilən 5 görüşdən əvvəl 1 dəqiqəlik sükutla yad edilib.

Bundan başqa, Şüvəlandakı AZAL - "Kəpəz" matçında Gəncə klubunun futbolçuları və texniki heyəti sükut zamanı hərbi salam vəziyyətində dayanıblar. AZAL-ın futbolçuları isə vurduğu qollar zamanı hərbi salamdan istifadə ediblər.

"Xəzər Lənkəran" - "Qarabağ" oyununa cənub təmsilçimiz fərqli formada meydançaya çıxıb. Onlar meydana hərbi geyimdə gəliblər. "Xəzər Lənkəran"ın futbolçusu Tural Qürbətov qol vurduqdan sonra hərbi salam verib. Lənkəran stadionuna toplaşan azarkeşlər isə "Azərbaycan bir olsun, istəməyən kor olsun" şüarları səsləndirib.

Bayıl qəsəbəsində keçirilən "Rəvan" - "Neftçi" oyununda da bu məsələ unudulmayıb. Belə ki, "Neftçi" azarkeşləri "Qana qan, cana can, yaşasın Azərbaycan" pankardı açıb.

Günün son matçı olan "Qəbələ" - "İnter" görüşündə isə "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ bizimdir, Ali baş komandan, əmr sizindir!", "Başın sağ olsun, vətən!
12 şəhid, 9 milyon yaralı!" kimi pankardlar stadionu bəzəyib.

Stadionlarımızda da şəhidlərimiz unudulmadı

Mediainfo.az