Çempionlar Liqasının formatı dəyişdirilir

Çempionlar Liqasının formatı dəyişdirilir

31 Mart 2016 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Voleybol üzrə Çempionlar Liqasının formatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu turniri təsnifat mərhələsi ilə başlayacaq.

Yenilik oktyabrda başlayacaq yeni mövsümdən qüvvəyə minəcək. Təsnifat mərhələsində mübarizəyə CEV reytinqində 9-cu və daha aşağı yerlərdə qərarlaşan ölkələrin çempionları, həmçinin ilk "səkkizlik"də yer alanların mükafatçıları qoşulacaqlar.

Təsnifat mərhələsi 3 raunddan ibarət olacaq. Qrup mərhələsi isə dekabrın əvvəlindən start götürəcək. Təsnifat mərhələsində uduzub, qrup mərhələsinə adlaya bilməyənlər CEV kubokunda iştiraklarını davam etdirəcəklər.

Təsnifat mərhələsinin püşkatması iyunun 9-da Romada olacaq. Kişilərin yarışında 12 səpələnmiş komanda birbaşa qrupdan başlayacaq, 8 klub təsnifatla gələcək. Qadın komandalarında isə bu rəqəmlər müvafiq olaraq 12 və 4-dü.

Əsas mərhələdə kişilər 5, qadınlar 4 qrupa bölünəcəklər. Kişilərdə pley-off 1/6 və 1/3 finaldan ibarət olacaqsa, zərif cinsin nümayəndələri sonuncudan "Dördlər finalı"çıları müəyyənləşdirəcəklər.

Əsas ciddi dəyişikliklərdən digəri isə qrupda çıxışını başa vuranların CEV kubokuna yollanmaması ilə bağlıdı. Yəni bunadək Çempionlar Liqasında üçüncü yerin sahibi aşağı səviyyəli yarışa enirdisə, yeni ildən onlar avrokubokla vidalaşacaqlar.

Mediainfo.az