Azərbaycan millisi İngiltərə ilə qarşılaşacaq

Azərbaycan millisi İngiltərə ilə qarşılaşacaq

30 Mart 2016 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu il daha bir turnirdə iştirak edəcək. Bu barədə məlumatı millinin baş məşqçi Rafiq Mirzəyev deyib.

Bu yaxınlarda Maltada təşkil edilən turnirə qatılan yeni yaranmış millimiz oktyabrda Rumıniyaya səfər edəcək. Mirzəyev orda meydan sahibləri ilə yanaşı, İngiltərə və Avstriyanın U-16 yığması ilə qarşılaşmalarda yetirmələrini sınayacaq.

Baş məşqçi bununla kifayətlənmək niyyətində deyil. O, turnirə qədər daha bir neçə görüşün təşkilinə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, millimiz Maltada keçirilən turnirdə meydan sahibləri ilə yanaşı, Lixtenşteyn və Belarusla qarşılaşıb, yarışı 3-cü pillədə başa vurub.

Mediainfo.az