Futbolçu qızının adını vücuduna döydürdü

Futbolçu qızının adını vücuduna döydürdü

8 Avqust 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bekhem cütlüyü bu aralar xoşbəxtlik sərxoşudurlar. İyul ayında ailənin yeganə qızı Harper Sevenin doğulmasından sonra Bekhemlər "Twitter" səhifələrində nə qədər xoşbəxt olduqlarını günbəgün yazırlar. Bundan başqa, balacanın da rəsmlərini səhifələrinə yerləşdirməyi unutmurlar.

Viktoriya Bekhem dünən qızının atasına sarılmış halda olan fotosunu profilinə yerləşdirərək, altına bunları yazdı: "Bu gözəl fotonu çəkdim və sizlərlə paylaşıram. Devid tək və yeganə qızına sarılıb", - deyə yazdı.

Vücudundakı döymələrlə hər zaman diqqət çəkən futbolçunun boynunun altındakı bu tatusu da maraq doğurdu. O, qızının adını əl yazısı ilə boynunun alt hissəsinə yazdırıb.

Bala baldan şirindir, deyiblər.

Günel Həbib

O.M.