SON DƏQİQƏ! "Trabzonspor"un azarkeşləri Futbol Federasiyasının binasına hücum ediblər!

SON DƏQİQƏ! "Trabzonspor"un azarkeşləri Futbol Federasiyasının binasına hücum ediblər!

22 Fevral 2016 00:24
Bəyəndim (0) Bəyənmədim (0)
Gərgin oyundan sonra aləm bir-birinə dəydi

Mediainfo.az xəbər verir ki, bir saat əvvəl Türkiyədə Qalatasaray-Trabzonspor futbol komandaları arasında gərgin keçən oyun başa çatıb. "Qalatasaray"ın sahəsində 4 qırmızı kart alan trabzonsporçular 2:1 hesabı ilə məğlub olublar.

Azarkeşlər bu məğlubiyyətlə razılaşmayıb, oyundan sonra aqressivcəsinə Türkiyə Futbol Federasiyasının binasına hücum ediblər. Binanı daş-qalaq edən azarkeşləri sakitləşdirmək üçün polis əməkdaşları gəlib.

Bordo-mavili tərəfdarlar binanın şüşələrini sındırıb, TFF-nın bayrağını aşağı endiriblər.

Banu