Gənclər Günü ilə bağlı veloyürüş

Gənclər Günü ilə bağlı veloyürüş

1 Fevral 2016 19:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Gənclər İdman və Turizm nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gənclərinin günü seçilməsi və bu kimi digər fəaliyyətlər Heydər Əliyevin gənclərə olan qayğı və diqqətinin nəticəsi idi. Bu gün Cənab İlham Əliyev ulu öndərin yaratdığı siyasəti uğurla davam etdirir. Gənclərin inkişafı üçün yaradılan imkanlar daha da genişlənir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləvi hal alması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə olimpiya kompleksləri açılıb. Bu, həm də gənclərin asudə vaxtlarının düzgün dəyərləndirılməsi üçün nəzərdə tutulub.
Məhz bunu nəzərə alaraq 2 Fevral Gənclər Günü ilə əlaqədar "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Dövlət Bayraq Meydanı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyinin tərəfdaşlığı ilə birgə veloyürüşə start verilib.
Veloyürüşün əsas məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasına yönəlib.

Qorqud