“Barselona”nın sabiq prezidenti həbs edilib

“Barselona”nın sabiq prezidenti həbs edilib

29 İyul 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya mətbuatının yaydığı məlumata görə, "Barselona" klubunun sabiq prezidenti Xose Luis Nunes həbs edilib. Nunes saxta sənədlərdən istifadə etdiyi üçün 6 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nunes 1978-2000-ci illər ərzində "Barselona" klubuna rəhbərlik edib. Bu müddət ərzində "göy-qırmızılar" yeddi dəfə İspaniya çempionu olmaqla 27 titul əldə ediblər. Xatırladaq ki, "Barselona" Xose Luis Nunesin prezidentliyi dövründə bir dəfə Çempionlar Liqası Kubokuna sahib çıxıb.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil ancaq bədbəxt ikən başa düşürlər. Nunes də öz səhvini anlamağa çalışacaq.

Tofiq Əliyev

O.M.