"İnter" futbol klubunun prezidenti təyin olunan Rəşad Qasımov Beynəlxalq Bankdan çıxıb
Azərbaycan Benəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb.
Hələlik bu vəzifəyə təyinat aparılmayıb.
Xatırladaq ki, dekabrın 24-də "İnter" futbol klubunun Müşahidə Şurasının iclasında R. Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, R. Qasımov 2011-ci ildən ABB-nın Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışır.
O, 2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib.
1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib.
Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. (apa)
Mediainfo.az
































.jpg)





.jpg)
.jpg)
.jpg)



































.jpg)
.jpg)
.jpg)










