VİDEO-Dünya çempionu biganəlikdən şikayətlənir

VİDEO-Dünya çempionu biganəlikdən şikayətlənir

29 İyul 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Biganəliyə baxmayaraq, o, yenə də Azərbaycanı təmsil edir

Mənim Zamiqlə tanışlığım çox qəribə oldu. Türkiyəyə ezam olunmuşdum. İstanbulun Kadıköy məhəlləsində qalırdım. Oteldə səhər yeməyi zamanı arxa stoldan kiminsə "çalışacağam qələbə çalım" sözləri diqqətimi cəlb etdi və çevrilib baxanda uzun bir masanın arxasında bir qrup idmançının qəlyanaltı etdiyini gördüm. İlk dəfədən diqqətimi Zamiq Atakişiyev cəlb etdi. Özümü təqdim etdikdən sonra Zamiq və onun məşqçisi Məhmət bəy çox sevindilər. Elə həmin gün axşam 54 ölkənin tele jurnalistlərinin iştirakı ilə baş tutacaq bu yarışa məni də dəvət etdilər. Yarış Kadiköyün Səfər ağa adlı qapalı idman zalında keçirilirdi. Kinq boks K 1 növü üzrə Zamiqin rəqibi Dağıstanlı Şamıl Abbasov idi. Həmyerlimiz bu yarışı da qələbə ilə başa vuraraq dünya çempionu adına layıq görüldü.

O, artıq hamı üçün çempion idi. Lakin heç kim bilmirdi ki, bu şəxs çox ağır bir həyat tərzi sürüb. İşsizlik, səfalət, biganəlik onu uzun müddət təqib edib.

Mehriban Bəylərqızı

O.M.