"Barselona"nın yarımmüdafiəçisi 1 il həbs cəzası aldı
"Barselona" futbol klubunun yarımmüdafiəçisi Havyer Maskerano bir il həbs cəzasına və 816 min avro cəriməyə məhkum edilib.
Avropa.info xəbər verir ki, futbolçu daha əvvəl vergi ödəməmək üzrə ona irəli sürülən ittihamları məhkəmədə boynuna almışdı.
Maskerano 2011-2012-ci illərdə dövlət orqanlarından gəlirlərini gizlədərək 1,5 milyon avro vergi ödəməkdən yayınıb. Sentyabr ayında o, 200 min avro məbləğində cərimə ödəmişdi.
Maskerano ödənilməmiş vergiləri cərimə şəklində ödəsə də, bu onu məsuliyyətdə qurtara bilməyib və 12 ay həbs cəzasına məhkum olunub. Əvvəllər cinayət məsuliyyət daşımadığına görə, həbs cəzası şərti xarakter daşıyacaq.
Xatırladaq ki, o, "Barselona"ya 2010-cu ildə İngiltərənin "Liverpul" klubundan transfer olmuşdu.
Mediainfo.az
































.jpg)





.jpg)
.jpg)
.jpg)



































.jpg)
.jpg)
.jpg)










