Ən yaxşı futbolçu nominasiyasına namizədlərin adları açıqlanıb

Ən yaxşı futbolçu nominasiyasına namizədlərin adları açıqlanıb

26 İyul 2011 11:06
735
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA-nın versiyasına görə Avropanın ən yaxşı futbolçusu nominasiyasına namizədlər müəyyənləşib. İspaniya Primerosunda oynayan Xavi Ernandes, Lionel Messi (hər ikisi "Barselona") və Kriştianu Ronaldo ("Real") ötən mövsümün yekunlarına görə səsvermədə ilk 3 pilləni tutublar. Avropanın ən yaxşı futbolçusu üçün yeni mükafata namizəd olan üçlüyün topladığı xallar açıqlanmır. Onların ən yaxın izləyicisi olan "Barselona"nın digər ispaniyalı yarımmüdafiəçisi Andreas İnyesta 33 balla 4-cü, "Portu"nun heyətində Avroliqanın qalibi, bombardiri olan kolumbiyalı hücumçu Falkao 17 xalla 5-ci olub. Qalib avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin Monakoda püşkatması zamanı elektron səsvermə sistemi ilə müəyyənləşəcək. Münsiflər heyətinə 53 tanınmış idman jurnalisti daxil olub. Onların hər biri öz ölkələrini təmsil edirlər. Hər jurnalist 3 namizədi seçib, onları belə sıralamalıdır: 1-ci yer - 5, 2-ci yer - 3, 3-cü yer - 1 bal.

Qeyd edək ki, argentinalı Messi son 2 ildə, portuqaliyalı Ronaldo isə bundan əvvəl həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib. İspaniya yığmasının heyətində həm Avropa, həm də dünya çempionu olan Xavi isə hələ belə mükafatlara layiq görülməyib.

Cədvəl başı aşağı qoyulsaydı bizim futbolçular, əlbəttə ki birinci olardılar.

Tofiq Əliyev

O.M.