Çimərlik futbolu yığmamız 2:4 hesabı ilə uduzub

Çimərlik futbolu yığmamız 2:4 hesabı ilə uduzub

25 İyul 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Ravenna şəhərində çimərlik futbolu üzrə EBSL-2011 Avropa çempionatının seçmə mərhələsi keçirilir. Yarış çərçivəsində Azərbaycan milli komandası növbəti oyununu keçirib. Fransa yığması ilə qarşılaşan komandamız 2:4 hesabı ilə məğlub olub. Millimizin heyətində hər 2 qolu Elvin Quliyev vurub. Xatırladaq ki, yığmamız ilk qarşılaşmasında Belarus kollektivinə 1:6 hesabı ilə uduzmuşdu.

Arzu edək ki, məğlubiyyətlərimiz yox, qalibiyyətlərimiz ardı-ardına gəlsin.

Tofiq Əliyev

O.M.