Terrora görə oyun təxirə salındı

Terrora görə oyun təxirə salındı

17 Noyabr 2015 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika və İspaniya milli komandaları arasında bu gün keçirilməli olan yoldaşlıq görüşü baş tutmayacaq. "Qafqazinfo" xəbər verir ki, terror təhlükəsi səbəbindən qarşılaşma təxirə salınıb.

Fransa və Almaniya milli komandaları arasında keçirilən oyun zamanı Parisdə törədilən və 129 nəfərin ölümünə səbəb olan terror aktı digər ölkələri də ehtiyyatlı olmağa məcbur edib.

Belçika Futbol Federasiyası "tvitter"dən paylaşdığı açıqlamada qarşılaşmanın təxirə salındığını bəyan edib. Fererasiya açıqlamasında "motivasiya olmuş iki milli komandanın üz-üzə gələcəyi yoldaşlıq oyunu ilə bağlı belə bir qərar etdiyimiz üçün çox üzülürük. Amma bu şərtlər altında həm azarkeşlərin, həm də futbolçuların təhlükəsizliyini riskə ata bilmərik" deyə bildirib.

Mediainfo.az