"Qəbələ"nin futbolçusunun həbs müddəti uzadıldı - FOTO

"Qəbələ"nin futbolçusunun həbs müddəti uzadıldı - FOTO

6 Noyabr 2015 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs-qətimkan tədbiri seçilmişdi. (report)

Mediainfo.az