
AFFA “Neftçi”ni cəzalandırdı
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasının IX turunun AZAL – "Neftçi" matçının 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Əvəzedici heyətlərin IX turunun AZAL – "Neftçi" matçının 82-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Mediainfo.az
Digər xəbərlər