Şahmatçılarımız uduzdu

Şahmatçılarımız uduzdu

21 İyul 2011 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şahmat üzrə Azərbaycan komandası Çinin Ninbo şəhərində keçirilən dünya çempionatında yarışın V turu çərçivəsində son Olimpiya çempionu olan Ukrayna millisi ilə üz-üzə gəlib. Komanda üzvlərimizdən müvafiq olaraq Şəhriyar Məmmədyarov Zahar Yefimenko, Teymur Rəcəbov Vasili İvançuk, Vüqar Həşimov Pavel Elyanov, Qədir Hüseynov isə Aleksandr Moiseyenko ilə heç-heçə oynayıb. Yekunda komandamız Ukrayna yığmasına 1,5-2,5 hesabı ilə uduzub. Xatırladaq ki, yığmamız dünya çempionatının ilk 4 turunda 2 qələbə qazanaraq, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb. Yığmamız dünya çempionatında Çin yığması ilə heç-heçə oynayaraq, Hindistan və Rusiyan kollektivini məğlub edib. Komandamız Macarıstan kollektivinə uduzmuşdu.

Şahmatçılarımızı mat qoydular.

Tofiq Əliyev

O.M.