Müller hafizəsini itirdi

Müller hafizəsini itirdi

21 İyul 2011 17:39
Bəyəndim (0) Bəyənmədim (0)
Polis onu şəhər mərkəzində gəzərkən tapıb

Dünyanın ən məhsuldar hücumçularından olan 65 yaşlı veteran oyunçu, əfsanəvi futbolçu Herd Müller İtaliyada hafizəsini itirmiş halda tapılıb. Meneceri olduğu "Bavariya"nın gənc komandası ilə təlim-məşq toplanışında olan Müller səhər 5-də qəfildən oradan ayrılıb. Onun Münhenə getmək üçün bir taksiyə mindiyi, ancaq yetərincə pulu olmadığı üçün qatarla getdiyi və ardından yoxa çıxdığı yazılır. Müllerin düşərgədə olmadığı anlaşılınca futbolçular və klub rəsmiləri İtaliya polisinə məlumat veriblər. Polis onu hadisədən 13 saat sonra şəhər mərkəzində gəzərkən tapıb. "Bavariya"nın mətbuat katibi Markus Hörvik isə Münhen qəzetinə açıqlamasında Müllerin səhər yeməyindən sonra gəzinti üçün oteldən ayrıldığını və azdığını açıqlayıb.

Ağlını itirsə də məşhurluğunu itirmədi.

Tofiq Əliyev

O.M.