“Borusiya”nın erməni futbolçusu "Qəbələ" ilə oyundan imtina edib

“Borusiya”nın erməni futbolçusu "Qəbələ" ilə oyundan imtina edib

19 Oktyabr 2015 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ"nin qonağı olacaq Dortmund "Borusiya"sı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.

Klubun icraçı direktoru Hans-Yoaxim Vatske açıqlama verib.

Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq: "Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü rahat hiss etməyəcəksə, təbii ki, bunu nəzərə almalıyıq".

Qeyd edək ki, "Qəbələ" – "Borussiya" (Dortmund) matçı oktyabrın 22-də keçiriləcək.

Mediainfo.az