“Qalatasaray” “Yuventus”dan 2 futbolçu aldı

“Qalatasaray” “Yuventus”dan 2 futbolçu aldı

20 İyul 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" klubu İtaliya "Yuventus"unun 2 braziliyalı futbolçusu - yarımmüdafiəçi Felipo Melo ilə hücumçu Amaurinin keçidini həll edib. "Yuventus" Melo ilə Amaurini təlim-məşq toplanışına apardığı heyətdən kənarlaşdırmaqla, onların xidmətində maraqlı olmadığını göstərib. Transfer çalışmalarını sürətləndirən "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ona lazım olan bu 2 mövqeni təcrübəli legionerlərlə doldurmağı qərara alıb. İtalyan həmkarlarımız Braziliya millisinin də üzvü olan Feliponun meneceri Joze Rodriges Basterin İstanbula gələrək, "Qalatasaray"ın rəhbərliyi ilə görüşdüyü bildirib.

Tofiq Əliyev

O.M.