"Bakı" Sloveniya və Türkiyə klubları ilə görüşəcək

"Bakı" Sloveniya və Türkiyə klubları ilə görüşəcək

19 İyul 2011 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı" futbol klubunun Sloveniyada təlim-məşq toplanışı davam edir. Komanda 12 gün ərzində məşq etməklə bərabər 4 yoldaşlıq görüşü keçirəcək. "Bakı" iyulun 20-də Sloveniyanın "Radomlje", ertəsi gün Türkiyənin "Kardemir Karabükspor", iyulun 24-də isə Yunanıstanın AEK (Afina) klubu ilə yoldaşlıq oyunu keçirəcək. Komandanın son qarşılaşmada rəqibinin İtaliya, Xorvatiya və ya Sloveniya klublarından biri olması planlaşdırılır.

Biz dost-yoldaş qədri bilən millətik. Bəlkə elə ona görədir ki, çox vaxt yoldaşlıq görüşlərində uduzuruq?..

Könül Aypara

O.M.