
Polis zabiti respublika çempionu olub
Azərbaycanda polis əməkdaşı respublika çempionu adını qazanıb. Polis zabiti Mircavad Kazımzadə 25-27 sentyabr tarixlərində Bakıda "Powerlifting" idmanının "Bench-press" növü üzrə böyüklər arasında keçirilən respublika çempionatında 180 kq ağırlığı qaldıraraq qızıl medala layiq görülüb.
Bu mötəbər yarışda M.Kazımzadə 90 kq çəki dərəcəsində çıxış edib.
Xatırladaq ki, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən M.Kazımzadə 2009-cu ildə Finlandiyada keçirilən "Powerlifting" idman növü üzrə Avropa çempionu olub.
M.Kazımzadə Azərbaycan prokurorluq orqanlarında çalışan Mircavan Kazımovun oğludur.
Mediainfo.az
Digər xəbərlər