FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açılıb

FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açılıb

25 Sentyabr 2015 22:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.

Sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.

Mediainfo.az