AFFA “Neftçi”ni cəzalandırdı

AFFA “Neftçi”ni cəzalandırdı

15 Sentyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 4-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.

"Sumqayıt" – "Zirə" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin oyunun 74-cü dəqiqəsində "Sumqayıt"ın futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

"Rəvan" – "Neftçi" matçının 56-ci dəqiqəsində qonaqların futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Mediainfo.az