Boksçumuz dünya çempionu oldu

Boksçumuz dünya çempionu oldu

14 Sentyabr 2015 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.

Apasport.az-ın verdiyi məlumata görə, Azərbaycan millisi yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.

Mediainfo.az