Boksçularımız qalibiyyəti qazana bilməyiblər

Boksçularımız qalibiyyəti qazana bilməyiblər

18 İyul 2011 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Mahaçqalada Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinin qalibləri müəyyənləşib. Azərbaycan milli komandasının 4 üzvü – Məhəmməd Abdulhəmidov, Soltan Migitinov, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov finalın bir addımlığında ikən istəklərinə nail ola bilməyiblər. Belə ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Abdulhəmidov yarımfinalda rusiyalı Yevgeni Yermakovla üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən döyüş 3:3 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər. London Olimpiadasına vəsiqə qazanan Soltan Migitinov (75 kq) isə zədələndiyindən Xaybula Musalovla görüşü sonadək davam etdirə bilməyib. 91 kq çəki dərəcəsində yarışan Abdullayevin rusiyalı dünya və Avropa çempionu Artur Beterbiyevə ciddi müqavimət göstərə bilməyəyb. 11:3 hesabı ilə qalib gələn Beterbiyev finala vəsiqə qazanıb.

Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinalda məğlub olaraq, bürünc medalla kifayətlənib. Boksçumuz Rusiya komandasının üzvü Arslanbek Mahmudova 4:8 hesabı ilə uduzub. Beləliklə, Umaxanov turnirində 4 boksçumuz 3-cü yerə layiq görülüb.

Qəm etməyə dəyməz, hələ o qədər yarışlar keçiriləcək ki. Biz azərbaycanlıyıq! Yalnız yüksəkliklərə layiqik.

Könül Aypara