Platini Bakıya gələcək

Platini Bakıya gələcək

8 Sentyabr 2015 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini Bakıya gəlir. "Qafqazinfo" xəbər verir ki, fransanlı ölkəmizə AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında səfər edəcək.

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək. O, bundan başqa Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Mediainfo.az