
“Canbala” Körpə – Futbol klubu problemlərlə üzləşib...
Azərbaycanda körpə uşaqlar üçün ilk və yeganə olan uşaq futbol klubu "Canbala" UFK uşaqlar üçün ilk futbol klubdur ki, onlar yaz-yay mövsümündə açıq havada, payız və qış vaxtlarında isə bağlı isti zallarda məşq edirlər. Əldə etdiyimiz məlumatlara əsasən bağlı və isti zal tapmaqda klub rəhbərliyi çox çətinlik çəkir. Buna görə klubun rəhbəri Faiq Şadlıdan məlumat almaq üçün dərhal əlaqə saxladıq və o, bu xəbəri təsdiqlədi.
Faiq Şadlı: "Ümumiyyət, mənim iş rejimimdə yalnız uşaqlara düzgün xidmət etmək və valideyn məmnuniyyəti qazanmaqdır. Bizim isti zal ilə bağlı Gənclik filialımızda heç bir problem yoxdur, Memar Əcəmi filialında isə o əraziyə və şəhər mərkəzinə yaxın isti zal tapmaqda çətinliklər çəkirəm, oda ki, icarənin hədsiz baha olması ilə əlaqəlidir . Qış vaxtında aylıq ödəniş 80 manat idisə, valideynləri nəzərə alaraq qiymətdə 10 manat endirim tətbiq elədik və istəyirik ki, qış rejiminə keçdikdə qiymətdə artım etməyək. Amma mənə elə bir icarə qiymətləri deyirlər ki, bu məni şoka salır. Hətta ziyanla belə işləsək də, qiymət artımı etmək fikrində deyiləm. (Yenidən qış qiymətinə keçmək istəmirəm).
Bakıda ən isti və yüksək səviyyəli zallardan ən birincisi Elmlər Akademiyasında yerləşən İnşaat və Memarlıq Universitetinin idman zalıdır. Onlarla qiymətdə razılığa gələriksə, böyük ehtimalla indilərdə orada yerləşəcəyik".
Mediainfo.az